loading...

Dünyanın ən varlı iş adamı ilə rus gözəlinin toyu haqqında detallar üzə çıxdı - FOTO

Dünyanın ən varlı iş adamı ilə rus gözəlinin toyu haqqında detallar üzə çıxdı - FOTO
Xəbər verdiyimiz kimi, 37 yaşlı Natalya Vodyanova 42 yaşlı fransız iş adamı Antuan Arno ilə uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdirməyə qərar verib.
Türkiyə mətbuatı xəbər verir ki, cütlüyün təmtəraqlı toyu Antalyada baş tutacaq. İddia olunur ki, 10 ildir birlikdə yaşayan məşhurlar xeyir işlərini modelin reklam siması olduğu "Maxx Royal Kemer Resort”da edəcək. Cütlüyün menecerlərini Antalyaya göndərdikləri və təşkilat rəhbərləri ilə görüşdükləri deyilir.
Xatırladaq ki, Natalya Vodyanova və Antuan Arno 2008-ci ildə tanış olub, onlar yalnız üç ildən sonra yaxın ünsiyyət qurmağa başlayıb. Görüşün təşəbbüskarı Antuan olub. O, milyarder Bernard Arnaultun oğlu, Fransanın və dünyanın ən varlı adamlarından biridir. Arno ailəsi "Louis Vuitton Moet Hennessy” moda imperiyasına sahibdir.
Qeyd edək ki, 2014-cü ilin may ayında onların ilk oğlu Maksim, 2016-cı ilin iyununda isə Roman dünyaya gəlib. Bundan əvvəl model Castin Portmanla evli olub. Vodyanova ilk nikahından üç uşaq dünyaya gətirib.publika.az
 


Xəbər lenti