loading...
Çàãðóçêà...

Dolları olanlar, OXUYUN: Manatın aqibəti necə olacaq? - Gələn il üçün proqnoz

Dolları olanlar, OXUYUN: Manatın aqibəti necə olacaq? - Gələn il üçün proqnoz
İqtisadçı Natiq Cəfərli FED-in qərarının dollara təsiri ilə bağlı açıqlamasında bildirib ki, FED-in uçot dərəcəsini artırması öncədən bilinirdi:

"Qərar maliyyə bazarlarında ciddi dəyişikliyə səbəb olmadı. İnsanlar gələn ilin yol xəritəsində 4 dəfə faiz artımının olacağını gözləyirdi. Amma bu, baş vermədi. Gələn il 3 faiz artımının olacağı deyildi. Çox güman ki, gələn il 3 dəfə - mart, sentyabr, dekabr aylarında faiz artımı olacaq. Növbəti ildə hər dəfə 0,25% olmaqla artımlar olacaq. Bu, dünyada gələn il dolların möhkəmlənməsi deməkdir. Dollar möhkəmlənməyə davam etdikcə, digər ölkələrin milli valyutalarına təsir etməyə başlayacaq. Dolların dünyada möhkəmlənməsi digər valyutalar qarşısında dəyər qazanmasına səbəb olacaq.

Azərbaycana təsiri...

Azərbaycana bu qərarın birbaşa təsiri yoxdur. Çünki Azərbaycanda onlayn şəkildə fəaliyyət göstərən valyuta birjası yoxdur. İstənilən halda, dünya ölkələrində baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Əsasən də qonşu Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan kimi ticarət tərəfdaşı ölkələrdə milli valyutanın dəyərdən düşməsi Azərbaycan manatına da təzyiqləri artıracaq. Amma kəskin devalvasiya olacağını düşünmürəm. Azərbaycanın valyuta məzənnələri FED-dən çox neftdən asılıdır. Hazırda neftin qiyməti kifayət qədər yüksək səviyyədə olduğu üçün xarici gəlirlərimiz artır. Kəskin addımların olmayacağını indidən söyləmək mümkün deyil. Hər şey neftdən asılı olacaq. Neft qiymətləri kəskin enməsə, Mərkəzi Bank əlində olan imkanlarla gələn il yumşaq şəkildə məzənnəni idarə edəcək”.

Qeyd edək ki, bundan əvvəl FED martın 15-i və iyunun 14-də uçot dərəcəsini artırıb. Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Xəyalə Məmmədova / METBUAT.AZ
loading...

Xəbər lenti