loading...
loading...

Dilənçi qadının şok dəyişimi - Video

Dilənçi qadının şok dəyişimi - Video
Xalq artisti Ramiz Novruzun nəvəsi, tanınmış stilist Ayan Şəfəq dilənçi qadının imicində dəyişiklik edib.

Kult.az xəbər verir ki, stilist bu dəyişikliyi həmin xanıma ad günü hədiyyəsi olaraq etdiklərini bildirib.

A.Şəfəq həmçinin qeyd edib ki, xanımın oğlu əqli məhdudiyyətli olduğu üçün onu başqasına qoyub gedə bilmir və bu səbəbdən də onu işə götürmürlər:

"Ana var ki, öz sağlam uşağını atır, amma bu qadın öz əngəlli uşağını özündən də çox sevir, əlini bir dəqiqə də olsun buraxmırdı. Saçı da bir dəfə oğlunu itirdiyi üçün tökülüb".

Stilist dilənçi qadına maddi yardım edildiyini bildirib və imkanlı şəxslərdən dəstəyini əsirgəməməyi xahiş edib.

Dilənçi qadın özünün yeni halını görəndə göz yaşlarını saxlaya bilməyib.

loading...

Xəbər lenti