loading...
Çàãðóçêà...

Bürclər -24 DEKABR

Bürclər -24 DEKABR

Qoç – yeniliklər, islahatlar və dəyişikliklər üçün əlverişli zaman deyil. İşlərlə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun.

Buğa – yeni işə və layihəyə başlamaq üçün əlverişli gündür. Yaranmış situasiyanı və qüvvələrinizi dürüst dəyərləndirin. Yanınızda olub sizə kömək edəcək insanlarla yanaşı, sizə mane olacaq şəxsləri müəyyənləşdirməyə çalışın.

Əkizlər – işlər çoxdur. Amma bu, sizi təlaşa salmasın. Gələcək uğurların rəhni indi qoyulur. Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı mühüm qərarlar qəbul etmək, uzunmüddətli sərmayələr yatırmaq olar.

Xərçəng – müstəqil kommersiya fəaliyyətinə başlamaq üçün pis zaman deyil. İşgüzar görüşlər və romantik təmaslar pis olmayacaq.

Şir – gün yeni və əlverişli imkanlar vəd edir. İfrat dərəcədə ehtiyatlı davranmayın, qətiyyətli və iradəli olun. Qarşınızda sədlərlə məneələr yaranarsa, geri çəkilməyin.

Qız – peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli uğur imkanları var. Maddi durumunuzu möhkəmləndirə bilərsiniz. Gəlirlər istisna deyil.

Tərəzi – maliyyə məsələlərinin həlli baxımından əlverişlidir. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları, ixtilaflar yarana bilər. Sərt və aqressiv danışmayın, ciddi münaqişənin yaranmasına imkan verməyin.

Əqrəb – uzaq tanışlarla danışıqlar məhsuldar keçəcək. Yeni tərəfdaş və ya şərik tapmaq şansı var. Yeni işlə bağlı təklif ala bilərsiniz.

Oxatan – ən müxtəlif problemlərin həllinə başlamaq üçün əlverişli gündür. Qətiyyətli, fəndgir olun. Müşkül işlərin öhdəsindən gələrək başqalarının uğursuzluğa düçar olduğu məkanda nailiyyətlər əldə edə bilərsiniz.

Oğlaq – işgüzar məziyyətləriniz və peşəkar bacarıqlarınız barədə yaxşı məlumatlara malik insanlarda belə, xoş təəssürat oyada bilmirsiniz. Axşam saatlarında əhvalınız yaxşılaşa bilər. Gələcəyə nikbin baxmağa imkan verəcək məlumat alacaqsınız.

Dolça – hər şeyi yaxşı düşünüb ilkin hazırlığın başa vurulduğuna şübhə etməsəniz belə, işlər istədiyiniz kimi alınmaya bilər. Günün ikinci yarısında işgüzar danışıqlar uğursuz keçir

Balıqlar – gərgin, çətin gündür. Emosional fon stabil deyil. Ən kiçik problemləri ürəyinizə salmayın. İşlər alınmazsa, müzakirələrə başlamayın. Planlar və ideyaların həyata keçirilməsi ilə bağlı problemlər yarana bilər.

loading...

Xəbər lenti