loading...
loading...

Büdcəyə siçovullar daraşdı – Mikayıl Mirzəzadə yazır

Büdcəyə siçovullar daraşdı – Mikayıl Mirzəzadə yazır

Uzun müddətdir yayılan, mətbuat sferasını və onların daimi oxucularını maraqlandıran qazetlərin yayımını dayandırması məsələsinin kökündə duran problemlər nədən ibarətdir?

KİVDF açıqladığı kəskin şərtlərdən dərhal sonra fonddan maddiyyat dəstəyi alan bir çox qazetlərin bağlanacağı ilə bağlı xəbərlər mətbuatda gündəm olmuşdu. Şərtlərin kəskin olaraq dəyişməsi və bir çox çap mətbuatın yayımını dayandıracağı və işçilərin ixtisar olunacaği ilə bağlı xəbərlər hələ də dolaşmaqdadır. KİVDF olmasın, Avropa Maliyyə Fondları olmasın, Xaricdən hər hansısa bir təşkilat vəsait ayırmasın, qəzetlər satışdan gəlir əldə edə bilməsin, media orqanları da reklam qəbul edə bilməsin. Sahibkarlar isə reklama vəsait ayıra bilməsin, çünki onun vəsait ayırması dövlət qurumlarını da hərəkətə keçirtməyə məcbur edəcək. Vətəndaşın qazancı isə yalnız qidalanma və kommunal xərcləri ödəməyə kifayət edir.

Kimdir günahkar?

Yoxsa büdcə sıxıntısı ucbatından fəaliyyətini dayandırmaq üzrə qalan mediaya bu fürsətdən istifadə edib bəzi məmurlar nəyəsə görə qol-qanad açıb sponsorluq edirlər ? Məmurların gələcəkdə hansı istəyi ola bilər sponsorluq etdiyi mediadan? Yoxsa media mərkəzi fəaliyyətini dayandırmadığı və azad fəalliyyət göstərdiyi üçün təzə sevinməyə başlamışkən çıxan və fərqli "klanlarda” iştirak edən məmurların oyuna çevriləcəyini hardan bilsin?

Bağlanmağ və ya müxtəlif təzyiqlər almayacağına kim təminat versin?

İnsanlara azad mətbuatı aşılamadığına görə qınayanlar və lazımı problemləri işıqlandırmadıqları üçün daimi sosial mediada təziqə qalan mətbuat nə etsin?

Bəli, danılmaz faktlar mövcuddur ki, cənab prezident İlham Əliyev daim mətbuata yetəri dəstək və sosial maddi rifahlarının yetəri təmin olunmağı üçün nəzarət tapşırıqları verir. Bir çox jurnalistlərə ev verilməsi isə media mənsublarının illərdir az qazancları olduğundan ev problemini hell edir. Bəs tapşırıq verdiyi məmurlar məsələni nə qədər həll edir? Ayrılan büdcələr nə qədər effektiv istifadə olunur və ya olunurmu?

Media mərkəzini büdcə ilə təmin edildikdən sonra hansısa məmur öz istəkləri üçün həmin media orqanını hər hansı bir məsələdə yönləndirə və tərəf edə bilərmi?

Niyə Cənab prezidentimiz, Ümumilli liderimizin layiqli davamçısı olan İlham Əliyevin verdiyi göstərişlər yetəri qədər icra olunmur?

Cavabsız qalan suallar…

Mikayıl Mirzəzadə
Hokm.az

loading...

Xəbər lenti