loading...
loading...

Bu il ali məktəblərə qəbul üzrə keçid balları enəcək

Bu il ali məktəblərə qəbul üzrə keçid balları enəcək

Bu il ali məktəblərə qəbul üzrə keçid balları enəcək. Bu barədə Bizimyol.info saytına təhsil eksperti Elçin Əfəndi məlumat verib.


"Dövlət sifarişli əksər ixtisaslarda keçid balları enəcək. Bu daha çox dövlət sifarişli yerlərin artırılması ilə bağlıdır. Bu ildən etibarən 20 000 ixtisas üzrə dövlət sifarişli yerlər artırılıb. Ötən il isə bu yerlərin sayı 12000 idi. 8 min yerin artırılması keçid ballarının aşağı düşməsinə gətirəcək”.

Ekspert bildirib ki, bu abituriyentlərin nəticəsi ilə bağlı deyil. Sadəcə dövlətin təhsil islahatı idi ki, dövlət sifarişli yerlərin sayı artırılsın. Həmin yerlərdə təhsil alanlar üçün bütün proses dövlət büdcəsi hesabına həyata keçirilir.

loading...

Xəbər lenti