loading...
loading...

Bu 3 günahın cəzası Qiyamətə qədər qalmır -Elə bu dünyada cəzalandırılar

Bu 3 günahın cəzası Qiyamətə qədər qalmır -Elə bu dünyada cəzalandırılar
Həzrət Peyğəmbər (s) buyurur: "Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar:
1. Ata və anaya ağvalideyn olmaq.
2. İnsanlara zülm etmək.
3. Yaxşılıq və ehsana naşükürlük etmək”. (Tebyan)
Qurani-Kərim bizlərə ata və anamıza hörmət və yaxşılıq etməyi həmişə tövsiyə edir. Ancaq biz bəzən bunu unuduruq və valideynlərimizlə elə söhbət edirik ki, sanki onlar bizə nəyisə borcludurlar. Bəzən də sevgilərinə elə laqeydlik göstəririk ki, ürəkləri sınır.
Bu günün cavanları adətən valideynlərinə hörmətdə həmişə səhlənkarlıq edirlər. Bəziləri isə hətta valideynlərinin üzünə durur və onlarla kobud rəftar edirlər. Bəzən suallarına cavab vermir, bəzən də laqeyd şəkildə yanlarından keçib gedirlər. Halbuki, Allah Təala Quranda buyurur ki, valideynə "uf” belə demək olmaz. Rəftarlarımıza diqqət edək və bu işin nə qədər təhlükəli olduğunu dərk edək. Əgər biz Allahın əmrinə itaətsizlik ediriksə, bəs necə dindar olmaq istəyirik?
Bəs ağvalideyn olmaq nədir? Ağvalideyn olmaq onları qəzəbləndirmək, ürəklərini sındırmaqdır, hətta əgər onlardan birinin belə olsa.
İnsanlara zülm etmək.
Ağıl və dinimizin ən çox məzəmmət etdiyi günah – zülmdür. Zalim insan başqalarına zülm etməzdən əvvəl, özünə zülm etmiş olar. Hər kim başqasına yaxşılıq etsə, əslində özünə etmiş olar. "Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır”. ("İbrahim” 22).
"Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər”. ("Həcc” 53).
"Bilin! Allahın lənəti olsun zalımlara!”. ("Hud” 18).
"(Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!”. ("Ğafir” 52).
Qiyamət gününün sabahısı zalımın yaxşı əməllərini götürüb məzluma verərlər. Məzlumun günahlarını isə zalıma.
İmam Əli (ə) zalımın üç nişanəsini bizlərə belə tanıdır: 
1. O kəs ki, ondan üstündür, ona itaətsizlik edər.
2. Ondan alçaqda olana zülm edər.
3. Zalıma yardım edər.
Naşükürlük.
Heç indiyə qədər olub ki, kimisə yaxşılıq etmisiniz, sizə təşəkkür etmək yerinə təhqir edib zərbə vurubdur? Biz bəndələr hər gün bu işi Allaha qarşı dəfələrlə edirik.
Qurani-Kərim buyurur: "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri)mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. ("İbrahim” 7).
Allah nemətə şükür və küfr etməyin savab və cəzasının bəndəyə aid olduğunu vurğulayır. Allah Təala bəndələrini həmişə şükür etməyə dəvət edir və bu dəvəti ona görə deyildir ki, bundan Allaha bir fayda gəlir. Xeyr, Allah istəyir ki, bəndə ayılsın və özünü İlahi rəhmət və fəzilətdən məhrum etməsin. Şükür etmək bəndənin özünə faydalıdır.
"Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. ("Nəml” 40). /Deyerler.org/
loading...

Xəbər lenti