loading...
loading...

Bölgələrə gedənlərə şad xəbər

Bölgələrə gedənlərə şad xəbər

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iri tutumlu neoplan avtobusları da cəlb olunub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova yayıb.

Onun sözlərinə görə, bu, sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə yardımçı olacaq.

Sərnişinlərdən xahiş olunur ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlsinlər.

loading...

Xəbər lenti