loading...
loading...

Evli amma bakirə...(Xanımlara özəl)

Evli amma bakirə...(Xanımlara özəl)
Vaginismus vaginanın alt hissəsində yerləşən əzələlərin cinsi əlaqə əsnasında adamın öz nəzarəti xaricində (yəni istəksiz şəkildə) sıxılması nəticəsində əlaqənin gerçəkləşəməməsi və ya olduqca çətin-ağrılı reallaşması ilə xarakterizə olunan cinsi bir problemdir.

Ölkəmizdə edilən əhatəli araşdırmaya görə, hər 10 qadının birində bu cür bir cinsi problem var. Yəni, ölkəmizdəki hər 10 qadından biri yoldaşıyla ya heç bir şəkildə cinsi əlaqəyə girə bilmir, ya da cinsi əlaqədə olduqca çox ağrı çəkir. Bu nisbət qərb ölkələri ilə müqayisədə olduqca böyükdür. Bu istiqamət ilə baxdığımızda vaginismusa ölkəmizin ən böyük və ən gizli cinsi problemi deyə bilərik.

Yoldaşını sevən, sevərək və istəyərək evlənən qadın, yoldaşıyla sevişmə əsnasında həzz və təmin istiyər, ancaq əlaqə penetrasiya (birləşmə) ölçüsünə keçdiyində birdən başlayan qorxu və həyəcan ilə birlikdə sancı hiss edilər.

Vaginal yaşlığın artıq sonlanması ilə əmələ gələn quruluq cinsi əlaqəni sanki qeyri-mümkün edər. 
Ailə tərəfindən kiçiklikdən etibarən yaşa uyğun bir cinsi məlumatlandırma əsas şərtdir!
Əgər yaşa uyğun və kafi bir məlumat verilməsə, bu çatışmazlıq başqa insanlar tərəfindən verilən şişirdilmiş və səhv məlumatlarla doldurulur. Təbii ki, bu məlumatların zehinə köçürülməsi və yerləşməsində genetik xüsusiyyətlərə bağlı adamın xarakter quruluşu da əhəmiyyətli bir yer tutur.
Qeyd olunduğu kimi vaginismus xəstələrinin ümumi xüsusiyyətləri arasında şəxslərin öz genital sahələrinə barışıq olmaqdan çəkinmələri, genital sahələrini tanımamaları və zehinlərinə yerləşən cinsiliklə əlaqədar səhv düşüncələrlə bağlı qorxular daxildir.
Dəqiq bir həll üçün professional yardım alınması da əsas şərtdir.
loading...

Xəbər lenti