loading...
loading...

Beyləqanda 18 yaşlı qızı kim öldürüb?— DƏHŞƏTLİ FAKTLAR

Beyləqanda 18 yaşlı qızı kim öldürüb?— DƏHŞƏTLİ FAKTLAR
Beyləqanda döyülüb yolun kənarına atılan 18 yaşlı Quliyeva Aygün Mehman qızıını kənd sakinləri dəfn eləyib.

Naməlum şəxs və ya şəxslər tərəfindən qəddarcasına döyülən 18 yaşlı Beyləqan rayonunun Yuxarı Aran kənd sakini Aygün Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib. Məhkəmə Tibbi ekspertiza tərəfindən müayinə olunduqdan sonra Aygün Quliyevanın meyiti ailəsinə təhvil verilib. Mərhumun bacısı Gülnar Quliyeva sözlərinə görə bacısı döyüldüyü gecə onun yaşadığı evə gəlib. Çox ləngimədən evdən çıxıb.

Gülnar Quliyeva onu da bildirir ki, ailənin maddi imkanı zəif olduğundan bacısının meyitini günün ikinci yarısınadək xəstəxanadan çıxarda bilməyiblər. Kənd sakinlərinin müdaxiləsindən sonra mərhumu dəfn ediblər. Gülnarın dediklərini qonşuları da təsdiqləyir. APA
loading...

Xəbər lenti