loading...
loading...
Çàãðóçêà...

Bakirəliyin, hakimiyyətin simvolu haqqında maraqlı faktlar - FOTOLAR

Bakirəliyin, hakimiyyətin simvolu haqqında maraqlı faktlar - FOTOLAR
Brilyantdan, almazdan, zümrüddən fərqli olaraq nədənsə, sapfir qadınların diqqətini o qədər cəlb etmir. Daha dəqiq desək, adi qadınların. Belə ki, sapfir daşından hazırlanan zinət əşyalarına müasir dövrümüzdə yaşayan bütün kral və kraliçaların tacında, zinət əşyalarında rast gəlmək mümkündür.

Sapfir daşının sevənləri bir-birinə daha da bağladığı söylənilir. Bu daş sevgililəri qorumaq gücünə malikdir. Amma Britaniya kral ailəsinin üzvlərini qoruya bilmədi. Belə ki, şahzadə Çarlz da vaxtilə Dianaya sapfir qaşlı üzüklə evlilik təklif etmişdi. Diana evlilik illərində barmağında üzərində iri safpir qaşı olan, brilyantlarla əhatələnmiş üzük gəzdirib. Bu üzük kral ailəsinin simvolu sayılır. Amma sapfir qaşlı üzüyü kədərli şahzadənin evliliyini qoruya bilmədi. Yəqin ki, sevgi birtərəfli imiş... Şayiələrə inansaq, Çarlz Dianaya sevgisi elə əvvəl gündən yox imiş.

Xatırladaq ki, cütlüyün oğlu şahzadə Uilyam anası Diananın sapfir qaşlı üzüyü ilə Keyt Middletona evlilik təklif edib. Hazırda cütlük ikinci övladlarının doğumunu gözləyirlər.

Sapfirin sağlamlığa, qadınlara, yaradıcı insanlara təsirindən söhbət açacağıq.

Qədimdə onu yalnız Allahlara məxsus "əbədi cavanlıq və ölümsüzlüyün donmuş damcısı” adlandırırdılar. Misirlilər və romalılar sapfiri həqiqət və ədalət rəmzi hesab edirdilər. Qədim Yunanıstanda onu Zevsin daşı adlandırırdılar. Sapfirin tarixinə dair maraqlı məlumatlar bununla bitmir. Əfsanəyə görə, müdrikliyi ilə tanınan çar Solomonun möhürü məhz bu daşdan hazırlanıb.

Sapfir sədaqət, əxlaq, təvazökarlığı ehtiva edir. Bu daş həmçinin göy qübbəsinin, düşüncə aləminin rəmzi sayılır. Yupiter məbədinin kahinləri peyğəmbərçiçəyi (açıq göy rəngli çöl çiçəyi) rəngli üzük taxırdırlar.

Sapfir yəhudilərin və Hindistanda yaşayan ruhanilərin geyimlərini bəzəyirdi. Əlbəttə ki, bu daş həm də hökmdar Kleopatranın tacını bəzəyib.


Hesab edilir ki, göy rəng sapfir və onun enerjisi insanı sakitləşdirir, həyəcanı, ehtirası aradan qaldırır. Sapfir - soyuq və təmiz daşdır, ona görə bu daş həmçinin bakirəliyin rəmzi hesab edilir. Təsadüfi deyil ki, onu "rahibələrin daşı" da adlandırırlar. Çünki bu daş ehtirası soyutmaq qabiliyyətinə malikdir.

Sapfir korund daşının bir formasıdır. Yunan dilindən tərcümədə "göy daş” deməkdir. Əsasən, göy və mavi rəngdə olur. Lakin eyni zamanda, sapfirin çəhrayı, sarı, narıncı, yaşıl, bənövşəyi rəngləri, rəngsiz və alabəzək sapfir də olur. 

Qərb mədəniyyətlərində mavi sapfir daha məşhur olduğu halda, Hind mədəniyyətində və astrologiyasında sarı sapfir önəmli yer tutur. Bolluq və bərəkət planeti Yupiteri təmsil etdiyi üçün hindlilər məhz sarı sapfirə üstünlük verirlər. Sarı sapfir isə sahibinə uğur, bolluq vəd edir. Sarı sapfir taxan birinin cəmiyyətdə daha tez tanınma şansı olur. Ailə münasibətlərini gücləndirən sarı sapfir daşı birlik və bərabərliyi artırır.

Saturnu təmsil edən mavi sapfir isə əsrlər boyu Qərb mədəniyyətində kralların simvolu hesab olunub. Tarix boyunca krallar tərəfindən ən çox üstünlük verilən daş olmasının bir səbəbi də fiziki baxımdan sahibinə böyük güc verdiyinə olan inanc idi. Sapfirin ürək dostu adlanması da uzun ömür sürməyi arzu edən kralların bu daşı seçmələrinə səbəb olub.

Deyilənlərə görə, kişilərin daşı sapfirdir. Kişilər üçün ən gözəl sapfir tünd göy rəngdədir. Mavi sapfirin qorxu, şübhə, həyəcan kimi hissləri zəiflətdiyinə inam güclüdür. Neqativ hissləri yox edərək, anlayışlı və ünsiyyətcil olmağa kömək edir. Mavi sapfirin ən önəmli özəlliyi sahibinə zənginlik, sağlamlıq, şöhrət bəxş etməsinə olan güclü inancdır. Həmçinin mavi sapfirin qəzalardan və təbii fəlakətlərdən qoruduğuna da inanılır. Maliyyə problemlərinin aradan qalxmasında, karyera həyatında uğur əldə etməkdə önəmli olduğu düşünülən sapfir məhz bu səbəbdən xanımların çox sevdiyi daşlardandır. Mavi sapfir sonsuzluğa da yaxşı təsir göstərir.

Şəffaf sapfir isə gözəl əxlaq, kəskin zəka üçün uğurlu seçimdir. Xüsusən də sevgi, dostluq münasibətlərində uğurlu hesab edilir.

Sapfirlə ehtiyatlı olmaq lazımdır, cüzi qızdırmaq onun rənginin dəyişməsinə gətirib çıxarır. Təbii sapfirlərin içərisində qalloid maddələrin möhtəviləri müşahidə edilir. Göy sapfir yüksək temperaturda öz parlaqlıqını itirir, bunun üçün onunla ehtiyatla davranmaq lazımdır. Göy və ulduzvari sapfirlər bahalı sayılır. Dünyada ən keyfiyyətli və bahalı məşhur Hindistan sapfirləridir.

Sapfir yataqlarına Afrikada (Tanzaniya, Nigeriya, Madaqaskar, Keniya, Malavi), Avstraliyada, Braziliyada, Miyanmada (Birma), Pakistanda (Kəşmir), Şri-Lankada, Taylandda rast gəlinir.

Paxıllıqdan qoruyan daş


X-XI əsrlərdə Avropada litoterapiya haqqında nəşr olunmuş kitablarda sapfirin həm kişilər, həm də qadınlar üçün böyük əhəmiyyəti haqqında söhbət açılıb. Yazılanlara inansaq, sapfir gücü bərpa edir, paxıllıqdan qoruyur.

Rəngindən dolayı da sahibinə müsbət emosiyalar bəxş edir. Sədaqətin, dostluğun, etibarın simvoludur. Sapfir insanlara həyatda öz yollarını tapmaqda, bütün qorxuları və depressiyanı dəf etməkdə, mənəvi rahatlıq qazanmaqda kömək edir. Yaddaşı gücləndirir, dolaşıq fikirləri aydınlaşdırır. İnam və bağlılığın simvolu sayılan sapfir daşından nişan və evlilik mərasimlərində də çox istifadə olunub.

Sapfir hansı xəstəliklərin müalicəsində istifadə edilir?

Sapfirin müalicəvi effekti çox genişdir, əvvəllər onurğa, epilepsiya, isteriya, revmatizm ağrılarında, əsəbi ağrılarında tətbiq edilib. Sapfir boynunda qızılı haşiyəyə alınmış zinət əşyasında taxmaq tövsiyə olunur.


Sol əldə gəzdirilən sapfir daşlı üzük və ya qolbaq astma, ürək xəstəlikləri və nevroloji xəstəliklər zamanı kömək edir. Sapfir qaşlı sırğa taxan qızları isə ailə həyatında uğurlu tale gözləyir.

Hələ qədim dövrlərdən sapfirdən göz xəstəliklərinin müalicəsində istifadə olunub. Həmçinin onun cüzam xəstəliyinə və zəhər əleyhinə bir vasitə olduğu düşünülürdü. Sapfir yuxusuzluğa qarşı, beldə ağrılar olduqda, soyuqdəymə hallarında, bronxial astma, ürək xəstəlikləri zamanı xeyirlidir. Hətta əsrin bəlasına çevrilən xərçəng xəstəliyinə qarşı təsirli bir daş kimi tanınır. Şəkərli diabet zamanı, böyrək xəstəliklərində yaxşı təsir göstərir, təzyiqi aşağı salır. Hindlilər isə sapfirin nevroloji xəstəliklər, epilepsiya, isterika və digər bir çox xəstəliklərdə də müsbət təsirə malik olduğunu düşünürlər. Dəri və sümük xəstəliklərinin müalicəsində də şəfalı özəllikləri var. Ürək və böyrəyi qüvvətləndirir.

Hazırda da xalq təbabətində sapfirdən bir çox xəstəliklərin müalicəsində istifadə edirlər. Hesab olunur ki, bu daş böyrək, sidik kisəsi və sidik yolları yollarının xəstəlikləri zamanı güclü bir vasitədir. Bəzi litoterapevtlər göy sapfirin qadın, ürək xəstəliklərini, revmokardit yaraları müalicə etmək qabiliyyətini iddia edirlər. Bəzi ölkələrdə bu mineralı qulaq, dəri xəstəlikləri zamanı da istifadə edilir.

Kimə sapfir daşımaq olar?


Daşların müalicəvi təsirləri insanları ta qədimdəm cəlb edir. Təsadüfi deyil ki, daşların müalicəvi təsirləri, bürclərə görə təsnifatlaşdırılması haqda onlarla kitablar yazılıb.

Konkret sapfirə gəldikdə hüquqşünaslar, hakimlər, həmçinin rəhbər vəzifədə çalışanlar, xüsusilə yüksək vəzifə tutan şəxslərə sapfir daşından hazırlanmış zinət əşyası taxmaq tövsiyə edilir. Çünki bu daşın düşünmək qabiliyyətini inkişaf etdirmək xüsusiyyəti var, insana səbirli, iradəli davranmağı, işlərini optimal təşkil etməyə kömək edir. Bu daş liderlər üçün gözəl üçün talismandır.

Ümumiyyətlə, demək olar ki, sapfir həyatda konkret məqsədləri olan, ona çatmaq üçün çalışan insanların daşıdır. Məsələn, qarşılıqsız sevgi yaşayan insanlar, peşəkarlıq səviyyəsini yüksəltmək istəyən mütəxəssislər bu daşdan talisman kimi istifadə edə bilərlər.


Sapfir keşişlər, şairlər, filosoflar üçün mənəviyyat, əxlaq, ədalət kimi mövzularda düşüncəyə sövq edən və ehtirasları boğan bir daş rolunu oynayır.

Kimə sapfir zinət əşyası taxmaq məsləhət deyil?

Tənbəl, tamahkar və məsuliyyətsiz insanlar üçün sapfir zinət əşyası taxmaq əks göstərişdir. Həmçinin gənc yaşlarda ondan istifadə etmək məsləhət deyil. Hesab edilir ki, bu daşın xassələri 36 yaşına çatmış insanlara daha yaxşı təsir etmək gücünə malikdir. Bundan başqa, daşın üzərində çatların, donuq ləkələrin, sıyrıntıların olmaması vacibdir, yoxsa onun müsbət istiqamətdə təsirinə ümid etməyə dəyməz.


Sapfir müsbət təsirlərini xeyirxah, ədalətli, əxlaqlı insanlar üçün açılır. Əksər qiymətli daşlardan fərqli olaraq, sapfiri insan özü də ala bilər, bu, daşın təsirini azaltmır. Amma unutmayın ki, sapfir daşını pis yolla qazanılmış pulla almaq onun sahibinə fəlakətlər və bəlalar vəd edir.

Sapfir və bürclər

Bu daş Qoç, Qız, Oxatan və Dolça bürcləri üçün çox münasibdir. Sapfirin gücü bu burclərin müsbət keyfiyyətlərini gücləndirir, mənfi cəhətlərini zəiflədir, çatışmazlıqları ilə mübarizə aparmağa kömək edir.

Sapfir Qoçlara müdriklik, uzaqgörənlik, bəsirət bəxş edir, davranışlarına, emosiyalarına nəzarət etməyə, çılğınlıqlarını ram etməyə kömək edir.

Qız üçün sapfir digər insanlarla ünsiyyətdə köməkçi, tərəfdaşdır.//Publika.az


loading...

Xəbər lenti

Загрузка...