loading...
loading...

Bakıda qonşu qadının başının kəsilməsi ilə bağlı ŞOK FAKTLAR

Bakıda qonşu qadının başının kəsilməsi ilə bağlı ŞOK FAKTLAR

Bakıda qətl törədilib. 

Redaktor.az APA TV-yə istinadla məlumat verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Xaləddin Dilqəm oğlu Hüseynov qeyri-rəsmi münasibətdə olduğu paytaxt sakini, 1984-cü il təvəllüdlü Günel Bağırovanın başını kəsərək qətlə yetirib.

Cinayət qısqanclıq zəminində baş verib. Hadisədən sonra Xaləddin Hüseynov Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub. Qətlə yetirilən şəxsin anası Gülzar Bağırova deyir ki, Xaləddin Hüseynov hadisəni törətməzdən əvvəl qızının evinə gələrək, yatdığı yerdə boyun nahiyəsindən vurub:

"Saat 7-də qızı gəlib dedi ki, ay nənə, polislər bizim qapıdadır. Səbəbini soruşdum, bilmədi. Vuran da qonşudur. Uşağa qayıdıb ki, mənim qızım səni istəyir. Get, gör, nə deyir. Uşağı göndərib öz evlərinə. Uşaq qayıdanda görüb ki, bu şəxs qapını bağlayıb gedir. Anasını soruşanda rayona getdiyini bildirib. Sonra uşaq mənə gəlib dedi ki, nənə, polislər qapıdadır. Evin bir açarı məndə də var. Açdım qapını, gördüm ki, balam al qanın içindədir.

Bir əli yerdə uzanmış vəziyyətdə gördüm. Yatan yerdə boynundan necə vurubsa, balam al qanın içindədir. Nə üstə vurub, bilmirik. Şəxsi qərəzliyimiz də yox idi. Bizə qaranlıqdır. Özü də gedib polisə təslim olub. Polisləri bura göndərib". "Bu, nə qısqanclıq ola bilər? Onun əri həbsxanadadır. Bir dənə balası var. O, qonşudur. O, orda çox söz deyə bilər. Onunla bir yerdə yaşamır, bir evdə qalmır. Qonşudur, sadəcə, salam-sağolları var". Günel Bağırovanın qayınanası Alimə Əhmədova isə Xaləddin Hüseynovun iki ildir həbsdən çıxdığını və qətli pula görə törətdiyini bildirib:

"Öldürən şəxs narkomandır. İki ildir həbsxanadan çıxıb. Nə atası, nə də anası günahkar deyil. Çünki balasının qabağını tuta bilməyib. Ona görə səhər tezdən gəlib qətli törədib. Pula görə, puldan ötrü edib. Balamın balası qaldı belə". Mərhumun yaxın qohumu Ayna Əliyeva saxlanılan şəxsin səhər tezdən evdən çıxdığını və qapının açıq olduğunu bildirib:

"Narkoman idi. Səhər tezdən gələndə gördüm ki, burdan çıxır. Qapı da açıq olub. Onun qızını aldadıb çıxarıb bayıra. Rəhmətə gedən mənim qaynımın yoldaşıdır. Qətli törədən qonşudur. Özü də gedib təslim olub ki, mən adam vurmuşam". Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

loading...

Xəbər lenti