loading...

Bakıda məktəbli qızları oğurlamaq istəyən qadınla bağlı YENİ FAKTLAR - FOTO

Bakıda məktəbli qızları oğurlamaq istəyən qadınla bağlı YENİ FAKTLAR - FOTO
Bakıda naməlum qadının məktəbli qızları aldadaraq oğurlamağa cəhd etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 32 ünvanında yerləşən
96 nömrəli məktəbin həyətində qızları aldadaraq aparmaq istəyən qadın onlara telefon verəcəyini vəd edirmiş.
Belə ki, həmin qadın iki azyaşlı qızı dilə tutaraq "gəlin gedək sizə maşından telefon verim" dediyini duyan valideynlər müdaxilə ediblər və qadın 3 kişinin olduğu maşına əyləşərək ərazidən uzaqlaşıb.
Bildirilir ki, həmin qadın 96 saylı orta məktəbdə oxuyan uşaqlardan heç birinin valideyni deyil və bir müddətdir həmin məktəbin yanına gəlib hansı uşağın valideynləri ilə, hansının tək gedib-gəldiyini izləyirmiş.publika.az

Xəbər lenti