loading...
loading...

Bakıda akrobatika üzrə dördqat Avropa çempionu intihar edib - YENİLƏNİB

Bakıda akrobatika üzrə dördqat Avropa çempionu intihar edib - YENİLƏNİB
Avropa çempionu olan gimnastımız intihar edib.
Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. 
Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.
***
Saat 17:17
Bakıda intihar hadisəsi baş verib.
 Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü  Məmmədova Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.APA


loading...

Xəbər lenti