loading...
loading...

Bacısı qızının yoldaşı ilə qaçan xala: “Biz xoşbəxtik, sən öz halına yan”

Bacısı qızının yoldaşı ilə qaçan xala: “Biz xoşbəxtik, sən öz halına yan”

Türkiyənin Adana bölgəsində qəribə hadisə yaşanıb. Sevgi S. adlı qadının əri ilə xalası bir-birinə qoşularaq qaçıblar.

Belə ki, Balıkesire gəlin gedən qadın, bir müddət əvvəl yoldaşıyla dalaşaraq Adanaya qayıdıb. Ancaq o,"ana yarısı ” olaraq  bilinən xalasından gözlənilməz zərbə alıb.

İki dəfə ailə qurub, iki uşaq anası olan Gülsüm öz bacısı qızının yoldaşıyla qaçıb. Sevgi sosial şəbəkədə xalası ilə yoldaşının şəklini görüb və şoka düşüb. Onlara zəng edəndə isə "Biz çox xoşbəxtik,sən öz halına yan” cavabını alıb.

"Mən Adanaya gəldikdən sonra xalam yoldaşımla qaçıb. Hələ utanmadan "Biz bir-birimizi sevirik” deyir. Amma qətiyyən boşanmayacam. Onları süründürəcəm” deyən Sevgi bildirib. Qadının anası isə məsələ ilə bağlı: "Bacım evlilik adıyla çox insanı aldadıb. Ən son qızımın yoldaşını əlindən aldı. Etdiyi hərəkət çox utanc vericidir” deyib.milli.az

loading...

Xəbər lenti