loading...

“AZZA”da rəzalət - Tortu müştəriləri zəhərləyir-FOTOFAKT

“AZZA”da rəzalət - Tortu müştəriləri zəhərləyir-FOTOFAKT
Kokteyl.az TİA.az-a istinadən bildirir ki, Bakıda şirniyyat məmulatları, ayaqüstü yeməklər verilən restoranlardan tez-tez şikayətlər daxil olur. Bu şikayətlərin əsas leytmotivi məhsulların köhnə, vaxtı keçmiş olması, natəmizliyin hökm sürməsidir.

Belə restoranların əksəri mənfəətə kökləndiyindən keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçir.

Axır vaxtlar AZZA şirniyyat firmasından sosial şəbəkələrə şikayətlərin ardı-arası kəsilmir.
Şikayət məktubunda deyilir ki, istehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti burada ən sonuncu məsələdir:

"Tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. Ancaq qənnadı mağaza-kafelərində tortlar 7 gündən artıq saxlanılır".

"Ən çox şikayət daxil olan şirniyyat evlərindən biri "Çuda Peçka"dır. Bundan başqa, "Azza" şirniyyat evindən də dəfələrlə şikayət daxil olub. Şikayətlər şirniyyatın köhnəliyindən, tərkibindən, qiymətinin bahalığından olur. "Başkent" şirniyyat evi ilə bağlı isə telefon zəngləri olub dəfələrlə ki, məhsulları keyfiyyətsizdir, köhnədir".

Bu şikayətlərdən birini sizə təqdim edirik...
 

Xəbər lenti