loading...

Azərbaycanlı 5 MİLYARDERİ siz də tanıyın-VİDEO

Azərbaycanlı 5 MİLYARDERİ siz də tanıyın-VİDEO
"Forbes” Rusiyanın 200 ən varlı biznesmeninin reytinqini açıqlayıb. Siyahıda 5 azərbaycanlının da adı var. "Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 16.4 milyard dollarla reytinqin 4-cü pilləsində qərarlaşıb. Bundan başqa, Əslən Qubadan olan Zarah İliyev 3,3 milyard dollarla 36-cı yerə sahiblik etdiyi halda, şəriki Qod Nisanov eyni məbləğlə 37-ci sıradadır. "Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, 1.8 milyarda sahib olan Araz Ağalarov reytinqin 54-cüsüdür, Fərhad Əhmədov isə 1.4 milyardla siyahıda 64-cü yerdədi. Jurnala Novolipetskiy metallurq kombinatının sahibi Vladimir Lisin rəhbərlik edir. Onun var-dövləti 19.1 milyard dollar dəyərində qiymətləndirilir. O, 2010-2011-ci illərdəki reytinqini yeniləyib. İkinci sırada 18.7 milyard dollar varidata sahib Aleksey Mordaşov yer alıb. 2017-ci ildə reytinqin lideri olan "Sibur” neft-kimya kompaiyasının və "Novatek” qaz şirkətinin sahibi Leonid Mixelson 2018-ci ildə siyahının üçüncüsü oldu. O, 18 milyard dollara sahibdir.

Xəbər lenti