loading...
loading...

Azərbaycanın bu qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir” – Video

Azərbaycanın bu qəsəbəsində “Kamaz”ı olmayana qız verilmir” – Video

Bu qəsəbədə demək olar ki, hər həyətdə Kamaz var.

Kokteyl.az bildirir ki, söhbət Qaradağ rayon Qobustan qəsəbəsindən gedir. Qəsəbədə hətta belə bir deyim də var: "Kamazı olmayana qız verilmir”. Bəs burada iri tonnajlı maşınların sayının çox olması nə ilə əlaqədərdir?

Bir vaxtlar şoferlər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər Kamazı, indi isə Şaqmanı olmayana qız verilmir.

Bura bakının təxminən 70 kilometrlik məsafəsində yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, "Qobustan qəsəbəsində kamazı olmayana qız da verilmir”.

Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir kamaz var. Kamazların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.

Qəsəbədə Kamaz sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə Kamaz sayı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.

Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.

Bu Kamazların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.(Xezerxeber.az)

 

loading...

Xəbər lenti