loading...

Azərbaycanda məşhur televiziya kanalı canlı yayım gedə-gedə bağlandı. Anbaan video

Azərbaycanda məşhur televiziya kanalı canlı yayım gedə-gedə bağlandı. Anbaan video
Azərbaycanda "Lider” telekanalının yayımı dayandırılıb.

Kokteyl.az  Axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Qeyd edək ki, "Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.
***

Saat 22:01-də "Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

 

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Lider TV-nin bir neçə əməkdaşı Axar.az-a təsdiqləyib.

Onlar bildiriblər ki. bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Kanal əməkdaşlarına bildirilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.
[video= ]
 

Xəbər lenti