loading...

Azərbaycanda DƏHŞƏT - Rusiyadan qayıdan atasını öldürdü

Azərbaycanda DƏHŞƏT - Rusiyadan qayıdan atasını öldürdü
Quba rayonunda qətl törədilib.
Rayonun Nügədi kəndində 2002-ci il təvəllüdlü Mətləb Şükürov atası, 1959-cu il təvəllüdlü Ramazan Şükürovu bıçaqlayaraq öldürüb.
Belə ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olan R. Şükürov dünən qonşu ölkədən Qubaya qayıdıb. O, gələn kimi oğlu Mətləblə münaqişə yaradıb və həyətin qarını niyə təmizləmədiyini bildirərək oğlunu döyüb. Atasının ona olan mübasibətini qəbul edə bilməyən 18 yaşlı oğul əsəbi halda bıçaq götürərək atasına hücum edib və onu qətlə yetirib.
Hadisədən sonra polis tərəfindən saxlanılan gənc bildirib ki, atası hər zaman ona və anasına səbəbsiz yerə şiddət göstərib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.Publika.az

Xəbər lenti