loading...
loading...

Azərbaycanda dəhşət: Arvad ərini öldürtdürüb basdırdı

Azərbaycanda dəhşət: Arvad ərini öldürtdürüb basdırdı

Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

kokteyl.Az "Report”a istinadən xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıblar. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

loading...

Xəbər lenti