loading...
loading...

Azərbaycan gözəli kimi təqdim edilən xanımla bağlı - Açıqlama hamını heyrətə saldı

Azərbaycan gözəli kimi təqdim edilən xanımla bağlı - Açıqlama hamını heyrətə saldı
Ötən gün "The Best of Azerbaijan 2019” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə iştirak edən xanımın gözəllik yarışmasının qalibi olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
kokteyl.az bildirir ki. "Qafqazinfo"ya açıqlama verən təşkilatçı "E Media Group”un sədri Elşən Əliyev bunun həqiqətə uyğun olmadığını bildirib. Əliyevin sözlərinə görə, bəhs edilən xanım sadəcə tədbirə mükafatları təqdim etmək üçün dəvət olunmuş modeldir.
"Tədbirdə heç bir gözəllik yarışması keçirilməyib. Sadəcə, xanım mükafatları, bəy isə hədiyyələri təqdim edib. Xanımın və bəyin üzərində olan lentin üzərində "The Best of Azerbaijan” yazılıb. Xanım başına tac ona görə qoyulub ki, model standarlarına cavab verə biləcək formada səhnədə görünsünlər. Tədbirdə sadəcə, müxtəlif nominasiyalar üzrə qaliblər seçilib. Bunlar arasında millət vəkilləri, media nümayəndələri, telekanal rəhbərləri də olublar", - deyə Elşən Əliyev bildirib.
loading...

Xəbər lenti