loading...
loading...

Arzu Rzayevin anası görün hansı məşhur imiş-İNANMAYACAQSINIZ-Fotolar

Arzu Rzayevin anası görün hansı məşhur imiş-İNANMAYACAQSINIZ-Fotolar

1939-1945-ci illərdə baş vermiş II Dünya müharibəsinin də bəşəriyyətə vurduğu yaralar yaddaşlardan silinməyib. Artıq bu qanlı döyüşdən 73 il ötür.

Azərbaycanın tanınmış müğənnisi Arzu Rzayevin anası və atası da bu dəhşətli müharibədə veteran olub. 

icra.az bildirir ki, faktor.az saytına açıqlama verən müğənni bu günün onun üçün çox kədərli və ağrılı gün olduğunu qeyd edib:

"İlk onu deyim ki, bu bayram bizə yox, ən əsası veteranlara aiddir. Onlar da əfsus ki, çox az qalıblar. Mən feysbukda da yazmışam bu barədə. Qalanlara can sağlığı arzu edirəm.

Mənim valideyinlərimin iksi də döyüş zamanı əlil olub. Atam haqqında çox az məlumat var. Fotoları da çox azdır. Çünki o kəşfiyyatda qulluq edib. Onunla bağlı informasiyalar gizli olub.

Anam da müharibə veteranıdır. Onunla bağlı çox kitablar yazılıb. Müharibədən sonra anam adlı-sanlı həkimlərdən idi. O müharibəyə 16 yaşında qatılıb. Rəfiqələri ilə birgə müraciət edib, lakin yaşları çatmayıb deyə öncə qəbul etməyiblər. Daha sonra könüllü müraciət edib, elə gediblər.

Kursk şəhərində döyüşlərdə iştirak etdiyi zaman yaralanıb və həmin vaxtdan ayağında qəlpə qalıb. Həmin qəlpə ömrünün sonuna kimi ayağında qalıb. Həkimlər icazə vermirdilər əməliyyata. Çünki əməliyyat riskli sayılırdı və o həyatını itirə bilərdi.

O Moskvaya və ya başqa ölkələrə getdiyi zaman hava limanında  sərhədi keçdiyi vaxt, bildiyiniz kimi üstündə dəmir olduğu vaxt səs çıxır və anam tez-tez bu halla üzləşirdi.

Sonra əlillik vəsiqəsini göstərib keçirdi. Bu gün mənim üçün kədərli və ağır gündü.  Elə indi hazırlaşıram gedim atamı, anamı və dayılarımın qəbrini ziyarət edim. Mənim dayılarımdan biri pilot, biri də hərbçi olub".

Lalə Niftaliyeva

 



loading...

Xəbər lenti