loading...
loading...

Aparıcı Zaur tənqid etdi: "Tüpürüm o qəpik-quruşa ki..." - FOTO

Aparıcı Zaur tənqid etdi:
Xəbər veriyimiz kimi, aparıcı Zaur Baxşaliyev ailəsi ilə Fransada dincəlir.

İzləyicilər aparıcını ölkədən kənar istirahət etdiyinə görə tənqid ediblər. Bununla bağlı Baxşaliyev açıqlama verib:
 

"Mən uşağa söz verdiyim üçün, Disneyə gəldik. Oktyabrdan biletlərimizi bron etmişdik. Deməyin ki, gedirsiz - gəzirsiz, sonra Azərbaycanı tərifləyirsiz. Bəli, mən gəlirəm, görürəm və bir daha əmin oluram ki, Azərbaycandan başqa heç yerdə yaşaya bilmərəm. Pisimizə qurban olum. Kim başqa dövlətin qanun və yaşam tərzini tərifləyirsə, birinci gəlsin, yaşasın görsün, sonra danışsın. Azərbaycan, Azərbaycan yenə də, Azərbaycan! Yaşadığın yerin hər daşı tanışdır. Ayağını yerə basanda rahat və güvənlə basırsan. Tüpürüm o qəpik-quruşa ki, səni başqa dövlətdə beşinci sort adam kimi qəbul edib verəcəklər!"big.az
 


loading...

Xəbər lenti