loading...
loading...

Anjelika Anar Nağılbazın il mərasimində niyə iştirak etməyib? — ÖZÜ AÇIQLADI

Anjelika Anar Nağılbazın il mərasimində niyə iştirak etməyib? — ÖZÜ AÇIQLADI
Dünən məşhur repçi Anar Nağılbazın vəfatının bir ili tamam oldu.
İl mərasimində bir sıra tanınmış şəxslər, Nağılbazın dostları iştirak etsə də, keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva məclisdə olmayıb. A.Cəbiyeva əməkdaşımızla söhbətində bildirib ki, anım gününə qaynatası Rizvan Cəbiyevin istəyi ilə getməyib:
 "Qaynatam il mərasimindən bir neçə gün əvvəl bizdə idi, uşaqlara baş çəkməyə gəlmişdi. Dedi ki, gəlmə, məsləhət görmürəm. Səbəbini soruşdum. Dedi ki, gəlsən söz-söhbət olacaq, birdən arvad (qaynanasını nəzərdə tutur-red.) söz atar, yaxşı olmaz. Məsləhət gördü ki, uşaqlarla başqa vaxt gedib Anarın məzarını ziyarət edərsən. Ona görə mən də uşaqları götürüb anamgilə gəlmişəm, hazırda rayondayıq". 
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü ildə Bakıda anadan olub. Repin Azərbaycanda yayılması məhz onun adı ilə bağlıdır. O, 4 avqust 2018-ci ildə vəfat edib.
Ölkə.Az
loading...

Xəbər lenti