loading...
loading...

Ana 25 yaşlı əlil qızının paltarında qan gördü, eşitdiklərindən şoka düşdü

Ana 25 yaşlı əlil qızının paltarında qan gördü, eşitdiklərindən şoka düşdü
İzmirdə 25 yaşlı əlil qızı zorlayanın ifadəsi hər kəsin qəzəbinə səbəb olub. 

 Türkiyə mətbuatı məlumat verir ki, əlil 25 yaşlı Y.Ö-ni zorladığına görə 18 il həbs cəzası istənilən E.B deyib ki, qızın qüsurlu olduğu bilirmiş: " Biz bir-birimizi yaxşı anlayırdıq. Y.Ö mənə " Onsuz da evlənəcəyik. Bu gün sənin qadının olmaq istəyirəm" dedi. Mən də qəbul etdim”.

Təcavüzkarın bu çıxışı Y.Ö-nün vəziyyətini ağırlaşdırdığı üçün məhkəmə zalından çıxarılıb. 

Y.Ö-nün anası bildirib ki, qızımı balıq alması üçün mağazaya göndərmişdim. Evə gələndə rəngi sapsarı idi. Ondan niyə bu vəziyyətdə olduğunu soruşdum. Qızım bildirdi ki, onu maşın vurub. Amma onun cinsi orqanından qan gəldiyini görəndə hər şey mənə bəlli oldu. İlk öncə qızımı həkimə, sonra isə polisə apardım. Qızım polis bölməsində başına gələnləri danışmağa məcbur oldu. Qızımın bu vəziyyətindən istifadə edən təcavüzkara ən ağır cəzanın verilməsini istəyirəm”.big.az
loading...

Xəbər lenti