loading...

"Allahdan sonra həyat yoldaşıma güvənirəm" - Şəbnəm "həci"sindən danışdı

Müğənni Şəbnəm Tovuzlu ATV-də yayımlanan "Şou Atv" verilişində qonaq olub.
Veriliş zamanı müğənni həyat yoldaşına olan güvənindən danışıb:
"Mən təbii fəlakətlərdən çox qorxuram. Ən çox da zəlzələdən. Bir dəfə müğənni Zenfira bizə gəlmişdi. Oturmuşduq, nəsə başım fırlandı. Qəfil Zenfira qışqırdı ki, zəlzələdi! Tez oğlunu götürüb həyətə qaçdı. Amma mən tez Əlinin yanına getdim. Ana hər zaman övladını fikirləşir. Bu, fəlakətə, zəlzələyə baxmır. Mən həmişə demişəm, ailəm və övladlarım mənim üçün ən dəyərli insanlardır. Özümdən sonra da övladlarımı yalnız həyat yoldaşıma əmanət edə bilərəm. Allahdan sonra ikinci güvənəcəyim insan odur. Övladlarımı yalnız həyat yoldaşıma etibar edə bilərəm. Hərdən mənə deyirlə, niyə belə etdin? Amma hər zaman deyirəm, mən düzgün seçim etmişəm, peşman da deyiləm. Həyat yoldaşına güvən çox lazımlıdır. Onu da məndə yaradıbsa, şükür buna". big.az

Xəbər lenti