loading...

4 uşaq anasının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI

4 uşaq anasının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI

Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

G.Quliyevanın dayısı bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.

Onun sözlərinə görə, ailə əvvəlcədən də problemli olub: "Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik".

Mərhumun digər dayısı isə qeyd edib ki, Günay Quliyeva qoşulub qaçmışdı: "Ailənin imkanı zəif olduğu üçün cehiz verə bilməmişdilər. Buna görə də qayınatası və qayınanası tərəfindən döyülürdü. Daha çox şikayət qayınatasından olurdu. Günayın 8 yaşlı oğlu demişdi ki, hətta bir dəfə anasını ölümcül şəkildə döyən babasının əlindən almaq üçün onun ayağını dişləyib".

Qeyd edək ki, G. Quliyev 4 uşaq anasıdır. Onun ən kiçik övladı 6 ay əvvəl dünyaya gəlib.publika.az

Xəbər lenti