loading...
loading...
Çàãðóçêà...

3 dekabr üçün astroloji proqnoz

3 dekabr üçün astroloji proqnoz
Qoç
Gün məhsuldar olmayacaq. Vacib işləri bu günə planlaşdırmaq lazım deyil, çünki onlara fokuslanmaq çətin olacaq. Görüşlər siz gözləyirdiniz kimi keçmir .İnsanlar gecikirlər, pis əhval-ruhiyyədə gəlirlər, danışıqlar aparmaqdan imtina edirlər. Sizə kəskin küncləri hamarlamaq, güzəştə getmək lazım olur.
Axşam – yaradıcılıq fəaliyyəti üçün uyğun vaxtdır. Köhnə dostlar sizdə xoş əhval ruhiyyə yaradcaqlar.
Buğa
Siz səbirsizsiniz və planlarınıza tez nail olmağa çalışırsınız. Amma bu sizə müvəffəq olmayacaq. Köhnə tanışlarla əhəmiyyətli məsələləri müzakirə etmək, problemlərin həllini tapmaq imkanınız olacaq.
Pulla daha ehtiyatlı olun. Həddən artıq xərcləməməyə çalışın, daxili səbəblərdən törəyən almalardan çəkinin. Biznesə investisiya qoymaq üçün uyğun vaxt deyil.
Əkizlər
Qeyri-formal ünsiyyət üçün əlverişli gündür. Siz insanlarla əla yola gedirsiniz, yeni tanışlar qazanırsınız. Rəqibləriniz sizin tərəfinizdə çıxış edə , dəstək təklif edə bilərlər. Yaxşı xəbərlər ehtimal ediləndir. Bu xəbərlər birbaşa sizə aid olmasa da sizə dəyərli insanalra aid ola bilər.
Qadınlar sizə həvəslə kömək edirlər. Onlarla siz ümumi dili asan tapırsınız, birgə hərəkətlər haqqında razılaşa bilərsiniz. Günün ikinci yarısı kiçik almalar üçün yarayır. Çoxdan xoşunuza gələn əşyaları əldə etmək şansınız var.
Xərçəng
Gün asan olacaq. Sizin hər bir işiniz alınır. Bəzən arzu olunanı almaq üçün yalnız istəməniz yetərli olur. Düzdür, bu əhəmiyyətli və ciddi işlərə aid deyil. Köhnə tanışlarla görüşlər sizi sevindirəcək. Onlarla birlikdə siz hansısa bir qeyri-adi, amma çox əyləncəli işlə məşğul ola biləcəksiniz.
Əgər sizə nəyisə öyrənmək və ya vacib məlumat almaq lazımdırsa, buna axşam edin. Bu zaman siz hər şeyi tez yadda saxlayacaqsınız, mürəkkəb mövzuları anlayacaqsınız, düzgün qərarlar verəcəksiniz və dəqiq cavablar alacaqsınız.
Şir
Gün çətin olacaq. Eyni zamanda bir neçə işin öhdəsindən gəlməyə çalışmayın: bu yalnız səhvlərə gətirib çıxaracaq. Əgər siz müvəffəqiyyət qazanmaq istəyirsinizsə, bir işə fokuslanmaq lazımdır. Əhatənizdəki insanlarla ümumi dil tapmaq asan deyil.
Maliyyə işləriylə məşğul olmaq, böyük məbləğlərlə iş görmək verməyə arzu edilməyəndir. İndi siz yüngülxasiyyətliyə meyllisiniz.Pula və əmlaka gəlincə isə itirməyə risk edirsiniz.
Qız
Bu gün dostlarla istirahət və sərbəst ünsiyyət üçün yarayır. Siz onlarla özünüzü daha arxayın hiss edirsiniz. Yeni insanların əhatəsində özünüzü itirə bilərsiniz. Onlarda xoş təəssürat yaratmaq sizə çətin olacaq.
Anlaşılmazlıqlar mümkündür. Planlarınızı həyata keçirməyə mane olacaq hadisələr baş verə bilər.Səfərlərdə ləngimələr ehtimal ediləndir. Başlanmış işləri vaxtında sona çatdırmaq çətin olacaq. Sənədlərlə bağlı məsələləri həll etmək, dövlət təşkilatlarına müraciət etmək arzuedilməzdir.
Tərəzi
Çətinliklərə baxmayaraq siz optimizmi saxlayırsınız. Düz edirsiniz. Vəziyyəti yaxşılığa doğru dəyişdirmək şansınız var. Bunun üçün hərəkət etmək lazımdır. İntuisiyanıza inanın. O sizi yanıltmayacaq.
Faydalı məlumat almaq imkanınız olacaq. Köhnə dostlarla görüşlər sizi sevindirəcək, siz məmnuniyyətlə onları qonaq dəvət edəcəksiniz. Romantik tanışlıqlar istisna edilməmişdir.
Əqrəb
Səhər ciddi planların arxasınca getmək lazım deyil: bu vaxt mənasız danışıqlarla keçəcək. Tanış qadınlarla çətin yola gedəcəksiniz. Əgər siz səfərlərə yola düşəcəksinizsə, onlar yorucu və darıxdırıcı ola bilərlər.
Amma günün ikinci yarısı çox məhsuldar olacaq . Bu təcrübə aparmaq və qeyri-adi işlərlə məşğul olmaq üçün uyğun gündür.
Oxatan
Gün xoş tanışlıqlarla sizi sevindirə bilər. Siz məlahətlisiniz və çoxlarının xoşuna gəlirsiniz. Romantik tarixin başlanğıcı istisna edilməmişdir. Onlar sizə pozitiv emosiyalar bəxş edəcək. İmiclə təcrübə aparmaq, qeyri-adi geyim, bəzəklər və aksessuarlar almaq olar. Onlar uzun müddət sizi sevindirəcəklər.
İşlə və ya bizneslə bağlı məsələləri müzakirə etmək arzu edilməyəndir. Siz dəstək almayacaqsınız.Tənqid edənlərin isə sayı hesabı olmayacaq.
Oğlaq
Siz çox şübhəlisiniz və bu sizin yaxınlara münasibətlərinizə müsbət təsir etmir.Onlar sizin haqqınızda pis fikirləşmirlər. İnsanları şübhələrlə və tənələrlə incitməyin. Xoşagəlməz fikirlərdən yayınmağa maraqlı işlər kömək edə bilər. Yeni nəsə oxumağa başlamaq olar. Siz ilk müvəffəqiyyətlərə tez nail olacaqsınız və onlar sizi ruhlandıracaqlar.
Pulla ehtiyatlı olun . Bu gün siz boş şeylərə pulları xərcləməyə meyllisiniz. Hansısa bir almaları etməzdən əvvəl düşünün.
Dolça
Bu gün uzun müddət təxirə saldığınız işlərlə məşğul olmaq olar. Onlar mürəkkəb və dolaşıq olsalar da, siz başladığınız işi sonuna kimi çatdıracaqsınız. Yalnız şəxsi problemlərinizin öhdəsindən gəlməyəcəksiniz , həm də mürəkkəb vəziyyətdə olmuş yaxın insana kömək etməyi bacaracaqsınız.
Uzunmüddətli planlar qurmaq, qərarlar qəbul etmək olar. Gözlənilməz təkliflər istisna edilməmişdir. Siz onlardan imtina etməyəcəksiniz. Planlaşdırılmamış romantik səfərlər mümkündür.
Balıqlar
Çox müxtəlif işlər sizi gözləyir. Düşünürsünüz, öhdəsindən gəlməyəcəksiniz? Nahaq. Bu hətta siz gözləyirdinizdən də sadə olacaq .Köhnəlmiş metodlara müraciət etməyin .Təcrübə aparın və adət edilmiş məsələlərin yeni həll üsullarını axtarıb tapın.
Bu gün ünsiyyət üçün yarayır. Yaxşı vaxt keçirəcəksiniz. Bundan başqa sürprizlər və gözlənilməz hədiyyələr istisna edilməmişdir.

ens.az
loading...

Xəbər lenti

Загрузка...