loading...

Əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir, qar, yağış, külək gəlir

Əhaliyə HAVA XƏBƏRDARLIĞI: temperatur kəskin enir, qar, yağış, külək gəlir
Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosu yanvarın 19-da gözlənilən hava şəraiti haqqında məlumatı açıqlayıb. 

Unikal.org xəbər verir ki, məlumatda deyilir:

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu  gecə 2-5° isti, gündüz  6-9° isti,

Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq. 

Atmosfer  təzyiqi  normadan yüksək 768 mm  civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.    

Azərbaycanın rayonlarında 

Bəzi yerlərdə  arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında  intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə  duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  6-10°  isti, dağlarda gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacaq. 

Xəbər lenti