loading...
loading...

Satış rekordları qıran bu ayaqqabının qiyməti sizi heyrətləndirəcək - FOTO

Satış rekordları qıran bu ayaqqabının qiyməti sizi heyrətləndirəcək - FOTO
Bəzi məmulatlar var ki, markasına görə hər necə görünürsə, görünsün, alıcılar tərəfindən sorğu-sualsız qəbul edilir.

Bir çoxlarına zövqsüz görünsə də, dəb selinin arxasınca gedib dəstədən geri qalmaq istəməyənlər bahalı brendlərdən qəribə əşyaları geyinərək başqalarına, necə deyərlər, "hava atırlar”. Bu günlər moda dünyasında ən çox danışılan ayaqqabılar Balenciaga–Crocs-un birgə hazırladığı rezin tərliklərdir. Bəziləri bu ayaqqabıları anlamadığını, zövqsüz olduğunu söyləsə də, onlar indidən satış rekordları qırır. İstehsalçılar bu rezin tərlikləri yalnız evdə, küçədə deyil, hətta qonaqlıqlara, müxtəlif tədbirlərə geyməyin mümkün olduğunu iddia edirlər.

Bu qəribə rezin ayaqqabıların qiyməti isə 1700 dollar təşkil edir. Nə deyirsiniz, dəyərmi?.. (Bizim Yol)
 


loading...

Xəbər lenti