loading...
loading...

18 yaşından şirkət rəhbəri olan Əşrəf Əşrəfli ilə müsahibə

18 yaşından şirkət rəhbəri olan Əşrəf Əşrəfli ilə müsahibə

"Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi "SET Center” adlı Xaricdə təhsil mərkəzinin yaradıcısı Əşrəf Əşrəflidir.

– Zəhmət olmasa, özünü təqdim edin.

-Mən Əşrəf Əşrəfli, 24 yaşım var. İstanbul Şehir Universiteti Menecment fakültəsinin məzunuyam.

– SET Center haqqında məlumat verə bilərsinizmi?

– SET Center şirkətini 16-17 yaşlarımdan qurmağa başladım. 18 yaşım olmadığı üçün sənədləşmə işlərində çətinliklər çəkirdim. Şəxsiyyət vəsiqəmi aldığım gün çox sevindim və ilk işim şirkətin əsas telefon nömrəsini və domen adlarını öz vəsiqəmlə, öz adıma almaq oldu.

– Bu şirkəti yaratmaq necə ağlınıza gəldi?

– Bu şirkəti yaratmazdan əvvəl özüm də xaricdə oxumaq istəyirdim. Amma müraciət etdiyim şirkət məni universitetə qebul edə bilmədi. Bir neçə il həmin şirkətin marketinq bölümündə işlədim.

– Şirkəti yaratmaq istəyəndə ailəniz və ətrafdakilardan necə reaksiya aldınız?

– Şirkəti yaratmaq istəsəm də ətrafım və ailəm mənə mane olmaq istəyirdi. Amma mən heç kimə məhəl qoymadım. 

– Müştərilərlə problemlər yaşanırmı?

– Müştərilərlə problemlər olması normaldır, amma hər ötən illərdə olan problemlər yenidən təkrarlanmır.

– Qarşıda nə kimi planlar, layihələr var?

– Planlarım çoxdur. Bütün planlardan isə ən önəmlisi sağlam ətraf və dost tanışlarımın çox olmasıdır.

– Öz biznesini yaratmaq istəyən gənclərə məsləhətiniz nələrdir?

– Belə gənclərə tövsiyəm odur ki, həvəsiniz olmayan biznesi yaratmayın. Bir işə həvəsiniz varsa, onun gəlirsiz olduğunu düşünsəniz belə cəhd edin. O işə qarşı olan həvəsinizə görə inanılmaz şeylər yarada bilərsiniz.

– Sonda nə demək istəyərdiniz?

– 15 yaşımdan bu yana mənim üçün valideynlərim heç bir şey etməyib, arxamda duran heç kim olmayıb və yoxdur. Yalnız işə olan həvəsim, o həvəsin yaratdığı yuxusuz gecələr, işimdən aldığım zövq mənə SET Center şirkətini qurmağa kömək etdi. 15 yaşımda Bakıya gələndə tikintidə fəhlə işləyirdim. 18-19 yaşımda isə çoxdan çalışdığım və arzusunda olduğum şirkəti həvəslə qurdum. İndi işçilərim, evim və şirkətim var. Ən əsası isə etibarlı dostlar qazanmışam. İşlərimə olan həvəsim də günü-gündən çoxalır.

Nigar CƏFƏR

AzNews.az

 


loading...

Xəbər lenti