loading...
loading...

14 yaşlı qızı 34 yaşlı kişiyə ərə verdilər - Məsciddə gizli çəkiliş

14 yaşlı qızı 34 yaşlı kişiyə ərə verdilər - Məsciddə gizli çəkiliş
Azyaşlı qızın özündən 20 yaş böyük kişiyə ərə verildiyi zaman çəkilən görüntülər izləyənləri dəhşətə gətirir.

Kadrlar Avstraliyada Melbourne şəhərindəki məsciddə çəkilib.

Videoda yaşıl rəngli paltar geyinən 14 yaşlı qızın yaşlı adama ərə verilməsi əks olunub.

Polis videoları bəyin telefonundan əldə edib və görüntülər 7news kanalında yayımlanıb.

Videoda bəy imam tərəfindən ona tərəf uzadılan kağızları imzalayır. O, qızla evləndiyinə görə onun üçün 850 fund-sterlinqlik bilərzik alıb.

Video ictimailəşəndən sonra kəbin kəsən 62 yaşlı imam saxlanılır. O, məhkəməyə çıxarıldıqdan sonra həbs olunur.

Qeyd edək ki, Avstraliyada evlilik yaşı 18-dir.big.az
loading...

Xəbər lenti